Bank Of Baku

Baş Dövlət Yol Polisi İdarəsi uşaqlar arasında xüsusi müsabiqə elan edib

Baş Dövlət Yol Polisi İdarəsi uşaqlar arasında xüsusi müsabiqə elan edib
# 04 may 2007 11:04 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) uşaqlar arasında xüsusi müsabiqə elan edir. Bu barədə APA-ya BDYPİ-dən məlumat verilib. Müsabiqənin şərtlərinə görə, 10 yaşına qədər olan uşaqlar sürücü və piyadalara tövsiyə, yaxud arzu formasında yazılı qısa müraciət hazırlamalı və mayın 10-dək [email protected] elektron ünvanına göndərməlidirlər. Müraciətin məzmununa əsasən qalib gələn 10 nəfər azyaşlı qiymətli hədiyyələrlə mükafatlandırılacaq və onların müraciəti DYP-nın internet saytına yerləşdirilməklə yanaşı, çoxaldılaraq hərəkət iştirakçılarına paylanacaq. İştirakçılar müraciətdə öz adını, soyadını, yaşını, oxuduğu məktəbin nömrəsini və əlaqə telefonunu qeyd etməlidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR