Bank Of Baku

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları “Hərəmiz bir ağac əkək!” kampaniyasına qoşulub

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları “Hərəmiz bir ağac əkək!” kampaniyasına qoşulub
# 05 may 2007 09:18 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən “Hərəmiz bir ağac əkək!” kampaniyasına qoşulub. APA-nın məlumatına görə, bu gün bununla bağlı 16 saylı Cəzaçəkmə Müəssisəsinin ərazisində ağac əkmə kampaniyası keçirilib. Tədbirdə iştirak edən Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov bu cür kampaniyaların əhəmiyyətindən danışıb. N. Ələkbərov bildirib ki, ağac əkmə nəticəsində ətraf mühitin çirklənməsinin qarşısı müəyyən dərəcədə alınacaq, bu isə əhalinin sağlamlığına müsbət təsir edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR