Bank Of Baku

“Azərsu” ilin əvvəlindən quraşdırılmış su sayğaclarının sayını 8 dəfə artırıb

“Azərsu” ilin əvvəlindən quraşdırılmış su sayğaclarının sayını 8 dəfə artırıb
# 13 iyun 2007 16:15 (UTC +04:00)
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən abonentlərdə quraşdırılmış su sayğaclarının sayı iyunun 1-i vəziyyətinə 224 668-ə çatdırılıb. Bu barədə “APA-Economics”ə “Azərsu” ASC-nin mətbuat və ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Aqşin Rüstəmov məlumat verib.
A.Rüstəmovun sözlərinə görə, quraşdırılmış sayğacların 209 496-sı əhali kateqoriyasının, 15 172-si isə digər sektorların payına düşüb. Sayğacların 182 822-si Bakı şəhərində (o cümlədən, 172 539-u əhali, 10 283-ü digər abonentlər) quraşdırılıb.
Qeyd edək ki, 2007-ci il yanvarın 1-nə ölkə üzrə quraşdırılan sayğacların sayı 196 150 ədəd və ya 7,9 dəfə artıb. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR