Bank Of Baku

Naxçıvan MR-ə yeni maşın-mexanizmlər gətiriləcək

Naxçıvan MR-ə yeni maşın-mexanizmlər gətiriləcək
# 13 iyun 2007 16:47 (UTC +04:00)
Aqrar sektorun inkişafı məqsədilə Naxçıvan Muxtar Respublikasına yeni maşın-mexanizmlər gətiriləcək. Naxçıvan “Aqrolizinq” ASC-dən APA-nın Naxçıvan bürosuna verilən məlumata görə, texnika və avadanlıqlar müxtəlif ölkələrdən “Aqrointer” şirkəti vasitəsilə gətiriləcək. Proses yaxın vaxtlarda baş tutacaq və gətirilən maşın-mexanizmlər müəyyən olunmuş güzəştlərlə əhalinin istifadəsinə veriləcək. Cəmiyyətdən bildiriblər ki, aqrar sektorda çalışanlar gətirilən texnikanın dəyərinin 20 faizini qabaqcadan ödəməklə 10 il müddətinə istədikləri texnika, maşın və mexanizmləri ala biləcəklər. Hazırda Naxçıvan “Aqrolizinq” ASC tərəfindən əmək adamlarına yüksək səviyyədə xidmətin təşkili məqsədilə MR-də 3 yerdə bazalar yaradılıb. Cəmiyyətdən onu da bildiriblər ki, Naxçıvan MR-in blokadada olması səbəbindən aqrar sahədə çalışanlara gübrələr 50 faiz güzəştlə deyil, pulsuz verilir. İndiyədək MR-ə 1060 ton mineral gübrə gətirilərək taxıl əkinçilərinə paylanıb. Hazırda şəkər çuğunduru, bostan-tərəvəz sahələri üçün mineral gübrələrin verilməsi davam etdirilir. Əhalinin tələbatının tam ödənilməsi üçün İran və Türkiyədən daha 4000 ton gübrə alınıb gətirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR