Abutalıb Səmədov: “Satışda olan audio-video məhsulun 70-80, kitabların 70, kompüter proqramlarının isə 90 faizi piratdır”
Azərbaycan Müəllif Hüquqları Agentliyinin baş direktoru Abutalıb Səmədovun APA-ya müsahibəsi
- Müəllif Hüquqları Agentliyi müəllif hüquqlarının qorunması sahəsində hansı işləri görür?
- Daxili İşlər Nazirliyinin müvafiq qurumları, İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Xidməti, Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, İnsan Hüquqları üzrə Müvəkkil Aparatı və digər təşkilatlarla əməkdaşlığımız ümumi işimizə böyük fayda gətirir. Biz gələcəkdə birgə seminar və konfransların, həmçinin, monitorinqlərin keçirilməsini planlaşdırırıq. Beynəlxalq təcrübəyə uyğun olaraq, müəllif hüquqlarının qorunmasında əsərlərin qeydiyyatının aparılmasına, qeydiyyat sisteminin daha da təkmilləşdirilməsi və bu istiqamətdə hüquqi maarifləndirmə işlərinin gücləndirilməsinə xüsusi diqqət yetiririk. Çünki qanunvericilikdə nəzərdə tutulan qaydada əsər qeydiyyatdan keçirildiyi halda, müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin hüquqlarının məhkəmə müdafiəsini daha yaxşı təmin etmək olur. 1997-ci ildən indiyədək Agentlikdə 4400-dən çox əsərə dövlət qeydiyyatı haqqında şəhadətnamə verilib. Təkcə 2007-ci ilin əvvəlindən indiyədək 200-dən çox əsər, 10 müəllif müqaviləsi qeydiyyatdan keçib.
- Piratçılıqla mübarizə necə həyata keçirilir?
- Piratçılıqla mübarizənin təşkili təkcə Agentliyin səlahiyyətində olan məsələ deyil. Bu, kompleks yanaşma tələb edir, uğur qazanmaq üçün isə hüquq-mühafizə və digər müvafiq dövlət orqanları birgə fəaliyyət göstərməlidir. Müəlliflik hüququ və əlaqəli hüquqların pozulması hallarının qarşısının alınması, piratçılığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə audio-video məhsul və kitab satışı bazarlarında monitorinq-baxışların keçirilməsi üçün Agentlikdə xüsusi monitorinq qrupu yaradılıb. Həmin qrup bu ilin fevral ayında audio-video məhsulların istehsalı, satışı və idxalı sahəsində qanunvericiliyin tələblərinə riayət edilməsi vəziyyətini müəyyənləşdirmək məqsədilə Bakı şəhərində fəaliyyət göstərən pərakəndə və topdansatış ticarət obyektlərində monitorinq keçirib. Müəyyən edilib ki, monitorinqin aparıldığı ticarət nöqtələrində satışı həyata keçirilən audio-video məhsulun 70-80 faizdən çoxu piratdır. Ona görə də monitorinqin nəticələri Baş Prokurorluğa göndərilib. Hazırda bununla əlaqədar Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır. Növbəti monitorinq kitab satışı bazarında aparılıb və satışı həyata keçirilən kitabların təxminən 70 faizdən çoxunun pirat nüsxələr olduğu müəyyənləşdirilib. Xüsusən tərcümə əsərlərinin, dərsliklərin və dərs vəsaitlərinin pirat nüsxələri geniş yayılıb. Bu sahədə aparılan monitorinqin nəticələri də ümumiləşdirilərək hüquq-mühafizə orqanlarına göndəriləcək. Kompüter proqramı təminatının 90 faizinin pirat olduğu bir şəraitdə kompüter piratçılığı ilə də mübarizənin gücləndirilməsinə ciddi ehtiyac var. Bu sahədə piratçılığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə Agentlik tərəfindən Nazirlər Kabinetinə müvafiq təkliflər verilib. Hazırda həmin təkliflərə baxılır və məsələ ilə əlaqədar hökumət tərəfindən müvafiq qərarın qəbul ediləcəyi gözlənilir. Nəzərə almaq lazımdır ki, müəllif-hüquq qanunvericiliyi pozulursa, eyni zamanda, vergi, antiinhisar siyasəti, haqsız rəqabət və təhsil qanunvericiliyinin tələbləri də pozulur. Odur ki, müəllif hüquqlarının təminatı hamının işinə çevrilməlidir. Vergilər, Təhsil, Mədəniyyət və Turizm, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Gömrük Komitəsi, Milli Elmlər Akademiyası, Ali Attestasiya Komissiyası, İqtisadi İnkişaf Nazirlinin Antiinhisar Siyasəti Xidməti, yayım təşkilatları, yaradıcılıq birlikləri və digər müvafiq dövlət qurumları ilə əməkdaşlığın daha çevik və səmərəli formalarını axtarıb tapmağı düşünürük. Bundan əlavə, əqli mülkiyyət hüquqlarının pozulmasına qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən və tanınmış müəlliflərdən ibarət Antipirat məsələləri üzrə Dövlət Komissiyasının yaradılması məqsədəuyğun olardı.
- Səsyazma studiyaları və nəşriyyatların piratçılıq hərəkətlərinin qarşısının alınmasına nəzarət nə yerdədir?
- Dünyanın heç bir ölkəsində, o cümlədən Azərbaycanda da müəlliflik hüququ və əlaqəli hüquqların təminatı sahəsində problemləri ən mükəmməl qanunvericilik aktlarının köməyi ilə aradan qaldırmaq mümkün deyil. Bu işin çevik icra mexanizmi, səriştəli mütəxəssisləri, xüsusən cəmiyyətin özündə piratçılığa qarşı ciddi müqavimət olmalıdır. Hal-hazırda səsyazma studiyalarının fəaliyyətinə nəzarət, demək olar ki, yox dərəcəsindədir. Audio-video məhsulların pirat nüsxələrinin həcmi və yayımı qanuni nüsxələrin həcmini və satışını qat-qat üstələyir. Belə halların qarşısının alınmasına kömək məqsədilə həyata keçirilən tədbirlərdən biri kimi səsyazma studiyaları ixtisaslaşdırılmalı və lisenziya əsasında fəaliyyət göstərməlidir. Həmçinin, hüquqi maarifləndirmə işi gücləndirilməli və piratçılıqla mübarizə tədbirlərinin nəticələri kütləvi informasiya vasitələrində geniş işıqlandırılmalıdır. Agentliyin regional bölmələrinin yaradılması də müəllif-hüquq sisteminin işinin effektini artırardı.
- Müəllif hüquqlarının pozulmasına görə qanunvericilikdə cinayət məsuliyyəti nəzərdə tutulurmu?
- Mövcud qanunvericiliyə əsasən, müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində pozuntular mülki, inzibati və cinayət məsuliyyəti yaradır. Lakin törədilən hüquq pozuntuları nəticəsində müəllifə dəyən zərərlə İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulan sanksiyalar arasında böyük təzad var. Məsələn, İnzibati Xətalar Məcəlləsinin 50-ci maddəsinin normasına görə, əqli mülkiyyət hüquqlarının pozulması nəticəsində hüquq sahibinə şərti maliyyə vahidinin 1000 (1100 manat) mislinədək zərər vurulubsa, bu halda zərər vuran şəxsin şərti maliyyə vahidinin cəmi 15 mislindən (16,5 manat) 40 mislinədək (44 manat) miqdarda cərimə edilməsi nəzərdə tutulur. 1001 manat ziyanın əvəzində 16,5 və ya 44 manat cərimə ödənilməsini ədalətli hesab etmək olarmı? Bu hal aradan qaldırılmalıdır. Əgər hüquq sahibinə şərti maliyyə vahidinin 1000 mislindən yuxarı ziyan vurularsa, bu halda cinayət işi qaldırıla bilər. Birinci halda şərti maliyyə vahidinin 100 mislindən 500 mislinədək miqdarda cərimə və ya 160 saatdan 240 saatadək ictimai işlərlə cəzalandırılır. Eyni əməllər təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs, yaxud mütəşəkkil dəstə tərəfindən törədildikdə isə şərti maliyyə vahidinin 500 mislindən 1000 mislinədək miqdarda cərimə, yaxud 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Milli müəllif-hüquq qanunvericiliyi kifayət qədər mükəmməl olsa da, Azərbaycan bu sahədə bütün beynəlxalq konvensiyalara qoşulsa da, qanunvericiliyinin icra mexanizmini, o cümlədən hüquq tətbiqetməni kifayət qədər çevik və təsirli saymaq olmaz. Məsələn, müəlliflik hüquqlarının və əlaqəli hüquqların pozulmasına görə Cinayət Məcəlləsinin 165.2-ci (müəllif hüquqlarını və ya əlaqəli hüquqları pozma) maddəsi ilə ictimai ittiham qaydasında cinayət işinin başlanması mümkün olsa da, bu Məcəllənin 165.1-ci maddəsi üzrə cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirilə bilər. Yəni konkret kiminsə müəlliflik və ya ifaçılıq hüquqları pozulduğu halda, prokurorluq öz təşəbbüsü, yaxud Agentliyin təşəbbüsü ilə cinayət işi başlaya bilmir. Əqli mülkiyyət hüquqlarının müdafiəsini və təminatının daha da gücləndirilməsi məqsədilə İnzibati, Cinayət və Cinayət Prosessual məcəllələrinə müvafiq əlavələrin və dəyişikliklərin edilməsi barədə Agentliyin təkliflərinin qəbul edilməsi bu sahədə vəziyyəti yaxşılaşdırmağa imkan verərdi. Məhkəmə müdafiəsi ilə əlaqədar çıxarılan məhkəmə qətnamələri bəzi hallarda icra edilmir, məhkəmələrdə işə baxılarkən süründürməçiliyə yol verilir ki, bu da müəlliflərin haqlı narazılığına səbəb olur.
- Ermənilər tərəfindən Azərbaycan müəlliflərinin əsərlərini oğurlanaraq özününküləşdirilməsinin qarşısının alınması istiqamətində hansı tədbirlər görülür?
- Uzun illərdən bəri, ermənilər tərəfindən xalqımızın maddi-mədəni irsi məqsədyönlü və planlı şəkildə oğurlanır, məhv edilir. Ümumiyyətlə, ermənilərin Azərbaycan xalqının musiqisi nümunələrini özününküləşdirmək cəhdi yeni deyil. İşğalçılıq siyasəti yürüdən ermənilər Üzeyir Hacıbəyovun “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Koroğlu” operalarının müəyyən hissələrini, “Əsli və Kərəm”, “Məlikməmməd” kimi dastan və nağıllarımızı erməni nümunələri kimi təqdim edirlər. Folklor nümunələri və milli oyun havalarından “Sarı gəlin” xalq mahnısı, “Vağzalı”, “Yallı”, “Uzundərə”, “Mirzəyi”ni də erməni musiqisi kimi öz adlarına çıxırlar. Bununla kifayətlənməyən, məkrli niyyətlərindən əl çəkmək istəməyən ermənilər, hətta müasir bəstəkarlarımızın da musiqilərini oğurlamaqdan çəkinmirlər. Müğənni Brilliant Dadaşova tərəfindən Azərbaycan xalq rəqs nümunələri əsasında işlənən və aranjeman edilən “Vokaliz” musiqi toplusunu da ermənilər öz adlarına çıxmağa cəhdlər göstərdilər. Lakin Agentlik işə qarışdı və məsələ ilə əlaqədar Ümumdünya Əqli Mülkiyyət Təşkilatına müraciət etdi. Ermənilər musiqi ictimaiyyəti qarşısında məsuliyyət hissini o qədər itiriblər ki, dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun məşhur “Kor ərəbin mahnısı” əsərini də oğurlamağa cəhdlər göstərirlər. Onlar “Kor ərəbin mahnısı”na klip çəkərək yayıblar. Biz bununla əlaqədar etirazımızı konkret sübutlar əsasında Ümumdünya Əqli Mülkiyyət Təşkilatına rəsmi qaydada bildirmişik. Əgər həmin beynəlxalq qurum müraciətimizlə bağlı bizi qane edən tədbirlər görməsə, onda beynəlxalq hüququn imkan verdiyi bütün vasitələrdən istifadə etmək niyyətindəyik. /APA/

Sosial
Xankəndi “SocGov 2026” beynəlxalq konfransına ev sahibliyi edəcək
FHN-in Aran Regional Mərkəzi təlim keçirib - VİDEO
Bərdə Pambıq İstehsalı və Emalı Zavodunda yanğın-taktiki təlimi keçirilib