Bank Of Baku

Lənkəran rayonunun Göyşaban kəndində elektron tipli ATS-in açılış mərasimi keçirilib

Lənkəran rayonunun Göyşaban kəndində elektron tipli ATS-in açılış mərasimi keçirilib
# 14 iyun 2007 12:49 (UTC +04:00)
Qurtuluş günü ərəfəsində - iyunun 14-də Lənkəran rayonunun Göyşaban kəndində 768 nömrə tutumlu yeni elektron tipli ATS-in açılış mərasimi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Süleyman Mikayılov, ”Aztelekom” İstehsalat Birliyinin baş direktor müavini Tahir Məmmədov çıxış edərək, kənd sakinlərinə təbriklərini çatdırıblar. Yerli sakinlər adından kənd ağsaqqalı Hacı Mərafət Musayev onlara göstərilən qayğı və diqqətə görə Lənkəran ŞİH rəhbərliyinə və “Aztelekom” İstehsalat Birliyinə minnətdarlıq edib. Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra yeni EATS-ə baxış keçirilib. Qeyd edək ki, obyektdəki avadanlıqlar Türkiyənin “Karel” şirkətinin istehsalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR