Bank Of Baku

Qaradağ rayonunun Ümid qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş 52 ev sabah sahiblərinə təqdim olunacaq

Qaradağ rayonunun Ümid qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş 52 ev sabah sahiblərinə təqdim olunacaq
# 18 iyun 2007 08:59 (UTC +04:00)
Norveç Qaçqınlar Şurası (NQŞ) tərəfindən Qaradağ rayonunun Ümid qəsəbəsində Laçın rayonundan olan məcburi köçkünlər üçün yaşayış evlərinin bir qisminin tikintisi başa çatıb. Şuradan APA-ya daxil olan məlumata görə, NQŞ, Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) və “Mişni” icması arasında bağlanmış üçtərəfli razılaşmaya əsasən, bu günə qədər 52 ev tikilib. Hər bir ev mətbəx, su qovşağı, kommunal xidmətlərlə, ailə üzvlərinin sayına görə yaşayış sahəsi və həyətyanı sahə ilə təchiz edilib. NQŞ-dan bildirilib ki, “Şəhərətrafı Məskunlaşma” layihəsində əsas məqsəd məcburi köçkünləri keyfiyyətli yaşayış şəraiti ilə təmin etməkdir. Məcburi köçkünlər üçün salınmış qəsəbəyə torpaq sahəsi Qaradağ RİH tərəfindən ayrılıb. Layihə Norveçin Xarici İşlər Nazirliyi və “Statoil Absheron” Neft Şirkəti tərəfindən, elektrik, su və kanalizasiya xətlərinin çəkilməsi Azərbaycan hökuməti və “Statoil Absheron” Neft Şirkəti tərəfindən maliyyələşdirilib. Sabah tikintisi başa çatmış 52 evin sahiblərinə təqdim olunması mərasimi keçiriləcək. Mərasimdə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Norveçin Azərbaycandakı səfiri Yon Ramberq, Nazirlər Kabineti aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov və digər şəxslərin iştirakı nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR