Bank Of Baku

Sahibkarlar iyunun 25-də Bakı şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirəcəklər

Sahibkarlar iyunun 25-də Bakı şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirəcəklər
# 18 iyun 2007 12:10 (UTC +04:00)
“Əzizbəyov” metro stansiyasının ətrafındakı ticarət obyektləri sökülmüş sahibkarlar onlara başqa yer ayrılması tələbi ilə gələn həftədən Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) və Prezident Aparatının binası qarşısında kütləvi aksiyalar keçirmək fikrindədir. Sahibkar Şahmar Qurbanovun APA-ya verdiyi məlumata görə, BŞİH və Bakı şəhər Ticarət Departamenti onlara ticarət etmək üçün normal şəraiti olan yer təklif etməyib. Hazırda ticarət obyektləri sökülmüş sahibkarların heç bir işlə məşğul olmadığını bildirən Ş. Qurbanov şəhər rəhbərliyinin onları aldatdığını qeyd edib: “Problem yaranan zaman bizimlə danışıb yer ayıracaqlarını vəd etdilər. Buna görə də bir neçə gün gözlədik. Amma artıq bizi qəbul edib sözümüzə qulaq asmırlar”. Ş. Qurbanov iyunun 25-də Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirəcəklərini bildirib. Ş. Qurbanov ticarətçilərin başqa bazarlarda yerləşdirilməsinin də mümkün olmadığını vurğulayıb. Onun sözlərinə görə, “Merkuri” Ticarət Mərkəzinin sökülməsi nəticəsində mindən artıq insan işsiz qalıb. Sahibkar ərazidə 250-yə yaxın ticarət köşkünün, “Merkuri” Ticarət Mərkəzində isə 920 piştaxtanın olduğunu, bu obyektlərin söküldüyünü vurğulayıb.
Qeyd edək ki, metronun “Əzizbəyov” stansiyası ətrafında dairəvi yol tikildiyinə görə ötən ay bu ərazidə yerləşən bazar və ticarət köşkləri sökülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR