Bank Of Baku

Ötən 5 ay ərzində Rusiyadan cəmi 70-ə yaxın azərbaycanlı əmək miqrantı deportasiya olunub

Ötən 5 ay ərzində Rusiyadan cəmi 70-ə yaxın azərbaycanlı əmək miqrantı deportasiya olunub
# 25 iyun 2007 13:24 (UTC +04:00)
“Azərbaycanlı əmək miqrantlarının Rusiyadan deportasiyası əvvəlki illərlə müqayisədə dəfələrlə azalıb. Yanvarın 15-dən bu günədək Rusiyadan cəmi 70-ə yaxın azərbaycanlının deportasiya olunması barədə məlumat var”. Bunu “APA-Economics”ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin demoqrafiya və məşğulluq siyasəti şöbəsinin müdiri Vahab Məmmədov bildirib.
V.Məmmədovun sözlərinə görə, Rusiyadan deportasiya olunan azərbaycanlıların sənədləri qaydasında olmayıb: “Bu problemi aradan qaldırmaq üçün onlara müəyyən vaxt verilmişdi, lakin onlar bu vaxtdan istifadə etmədilər”.
Nazirlik rəsmisi əlavə edib ki, həyata keçirilən tədbirlər nəticəsində Rusiyada çalışan azərbaycanlı əmək miqrantlarının əksəriyyətini leqallaşdırmaq mümkün olub. V.Məmmədovun sözlərinə görə, cari ilin oktyabr-noyabr aylarında Rusiyada miqrantlarla bağlı informasiya sistemi yaradılacaq. Bu sistemdə cəmləşmiş məlumatlardan istifadə etməklə Azərbaycan hökuməti Rusiyadakı azərbaycanlı əmək miqrantları barədə məlumatlar əldə etmək imkanı qazanacaq. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR