Bank Of Baku

Gəncə Alüminium Zavodunun ərazisində 4696 ədəd müxtəlif təyinatlı partlamamış hərbi sursat zərərsizləşdirilib

Gəncə Alüminium Zavodunun ərazisində 4696 ədəd müxtəlif təyinatlı partlamamış hərbi sursat zərərsizləşdirilib
# 29 iyun 2007 14:50 (UTC +04:00)
Gəncə Alüminium Zavodunun ərazisində son üç həftə ərzində Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 4696 ədəd müxtəlif təyinatlı partlamamış hərbi sursat zərərsizləşdirilib. Bu barədə APA-ya ANAMA-nın əməliyyət üzrə meneceri Samir Poladov məlumat verib. S. Poladovun sözlərinə görə, zavodun ərazisində 1990-cı illərin əvvəllərində 6 mindən artıq hərbi sursat toplanıb. Bunların böyük hissəsi zavoda Ağstafa rayonunun Saloğlu kəndindəki keçmiş sovet ordusuna məxsus bazadan metal kimi gətirilib. Hazırda sursatların zərərsizləşdirilməsi əməliyyatında ANAMA-nın 14 nəfər əməkdaşı çalışır. İyulun birinci yarısınadək zavodun ərazisinin partlamamış hərbi sursatlardan tam təmizlənməsi planlaşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR