Bank Of Baku

Lənkəranda unun qiyməti bahalaşıb

Lənkəranda unun qiyməti bahalaşıb
# 03 iyul 2007 09:22 (UTC +04:00)
Bir neçə gündür ki, Lənkəranda unun qiyməti nəzərə çarpacaq dərəcədə qalxıb. APA-nın cənub bürosunun məlumatına görə, 50 kiloqramlıq əla növ “Kristal” adlı un kisəsi əvvəllər 14 manata satıldığı halda, indi 17 manat 20 qəpiyə satılır. Yerli ticarət şəbəkələrinin rəhbərləri bahalaşmanı taxılın qiymətinin artması ilə əlaqələndiriblər. “Kristal”ın istehsalçısı olan “Xırman” firmasından da bu faktı təsdiq edərək bildiriblər ki, firma tərəfindən unun bir kisəsi 16 manata satılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR