Bank Of Baku

“Bakı və Abşeron kəndlərinin torpaq islahatları” mövzusunda dəyirmi masa keçirilib

“Bakı və Abşeron kəndlərinin torpaq islahatları” mövzusunda dəyirmi masa keçirilib
# 05 iyul 2007 12:08 (UTC +04:00)
Bu gün Bakı və Abşeron kəndlərinin Koordinasiya Şurasının Təşəbbüs Qrupu “Bakı və Abşeron kəndlərinin torpaq islahatları” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Bakı Dirçəliş İttifaqının rəhbəri Abbasağa Məmmədov bildirib ki, Bakı və ətraf kəndlərdə, eyni zamanda Abşeron rayonunda aparılan təhlillər və daxil olan müraciətlərin burada fermerlərin bilərəkdən sıxışdırıldığını göstərir. A. Məmmədov bu vəziyyətin kənd təsərrüfatının inkişafına mənfi təsir göstərdiyini qeyd edib. Təşəbbüs Qrupunun Zabrat qəsəbəsi üzrə nümayəndəsi Mehdi Şamilli qeyd edib ki, son illərdə 70 min xarici ölkə vətəndaşı Bakı və ətraf kəndlərdə, eyni zamanda Abşeron rayonunda yerləşdirilib. Onun sözlərinə görə, buna görə də dövlət öz vətəndaşlarını torpaq, iş və yaşayış yeri ilə təmin edə bilmir. Bakıda heç bir torpaq islahatı aparılmadığını deyən M. Şamilli fermerlərin fəaliyyəti üçün imkan olmadığını vurğulayıb. Çıxış edən digər sakinlər də torpaqların Abşeron rayonundan alınaraq Bakı kəndlərinə qaytarılmasını tələb ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR