Bank Of Baku

İsveçrənin Mina Qurbanlarına Yardım Fondunun rəhbərliyi “Qarabağ Qaziləri” İctimai Birliyinin üzvləri ilə görüşüb

İsveçrənin Mina Qurbanlarına Yardım Fondunun rəhbərliyi “Qarabağ Qaziləri” İctimai Birliyinin üzvləri ilə görüşüb
# 16 iyul 2007 12:37 (UTC +04:00)
Azərbaycanda səfərdə olan İsveçrənin Mina Qurbanlarına Yardım Fondunun (MQYF) Direktorlar Şurasının üzvü Jan-Dominik Demottaz və fondun kənd təsərrüfatı üzrə eksperti Vilyam Streykeyer “Qarabağ Qaziləri” İctimai Birliyinin üzvləri ilə görüşüblər. Bu barədə APA-ya birliyin mətbuat xidmətindən məlumat verilib. “Qarabağ Qaziləri” İctimai Birliyinin Bakı ofisində keçirilən görüşdə qurumun rəhbəri Etimad Əsədov təşkilatın fəaliyyəti və ölkədəki Qarabağ qazilərinin ağır vəziyyəti barədə qonaqlara geniş məlumat verib. V. Streykeyer söhbət zamanı Azərbaycandakı Qarabağ qazilərinin ağır vəziyyətindən təəssüfləndiyini deyib: “Təəssüf ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində, ələxüsus da, keçmiş Sovet İttifaqına daxil olan respublikalarda müharibə əlillərinin həll edilməmiş xeyli problemləri var. Onu da qeyd edim ki, günahsız insanların ölümünə, şikəst olmasına səbəb olan müharibələri başlayan insanların özləri heç vaxt döyüşmürlər. Yəni, müharibə onların həyatları üçün heç zaman təhlükə yaratmır. Buna görə də biz çalışmalıyıq ki, yer üzündəki bütün müharibələrin köklərini kəsək. Belə olan təqdirdə biz günahsız insanların həlak olmalarının və ya şikəst olaraq ömürlük əlil arabalarına məhkum olmaqlarının qarşısını almış olaraq”. Qeyd edək ki, Mina Qurbanlarına Yardım Fondu Gəncə, Tovuz, Füzuli və Tərtərdə mina partlayışı zamanı xəsarət almış 6 nəfərə iş yeri yaradılması üçün faizsiz maliyyə vəsaiti ayırıb. Fond bu işi davam etdirmək niyyətindədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR