Bank Of Baku

QİÇS virusu daşıyıcısı olan Elnarə Əhmədovanın bacısı “Ümid Yeri” Cəmiyyətində saxlanılır

QİÇS virusu daşıyıcısı olan Elnarə Əhmədovanın bacısı “Ümid Yeri” Cəmiyyətində saxlanılır
# 16 iyul 2007 12:54 (UTC +04:00)
“Ümid Yeri” Cəmiyyəti QİÇS virusu daşıyıcısı olan Elnarə Əhmədova ilə bağlı açıqlama yayıb. Cəmiyyətdən APA-ya bildirilib ki, E. Əhmədova barədə mətbuatda dərc edilən informasiyalarda bəzi anlaşılmazlıqlara yol verilib. Məlumatda qeyd edilib ki, E. Əhmədova bu il iyulun 9-da QiÇS Mərkəzinə “Uşaq Evlərinə Qayğı İctimai Birliyi”nin sədri Sahib Teymurov tərəfindən təhvil verilib: “Sadəcə, adı çəkilən İctimai Birliyin qaynar xəttinə zəng edən Elnarə Əhmədova problemini bölüşmək və görüşmək üçün yalnız kiçik bacısının hazırda yaşadığı “Ümid yeri” Uşaq Sığınacağı və Reabilitasiya Mərkəzinə etibar etdiyini deyib. Beləliklə, Elnarə ilə “Uşaq Evlərinə Qayğı İctimai Birliyi”nin sədri Sahib Teymurovun görüşü “Ümid Yeri”ndə baş tutub. Kömək almaq məqsədilə müraciət edən qızın problemi və tanışlıqdan sonra Sahib Teymurov onu QİÇS Mərkəzinə təhvil verib”. Qeyd edilir ki, “Ümid Yeri” Cəmiyyəti daha yüzlərlə vətəndaşımızı məlum xəstəliyə yoluxma təhlükəsindən xilas edən aksiyadan məmnundur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR