Bank Of Baku

Arxeoloqlar Qubada tapılan kütləvi məzarlıqda 6-10 yaşlı uşaq sümükləri aşkarlayıblar

Arxeoloqlar Qubada tapılan kütləvi məzarlıqda 6-10 yaşlı uşaq sümükləri aşkarlayıblar
# 18 iyul 2007 09:29 (UTC +04:00)
Tədqiqatlar üçün gərək hazırlıq işləri görülsün, sonra quyuda iş başlasın. Quyuda işə başlamayana kimi heç nə deyə bilmərik”. Bu açıqlamanı APA-ya Qubada aşkar edilən kütləvi məzarlıqda tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev deyib. Onun sözlərinə görə, uçqun nəticəsində torpağın altında qalan bəzi kəllə sümükləri tapılaraq təmizlənib: “Torpağın altından bəzi əsas sümükləri tapdıq. Bizim antropoloqumuz müəyyən elədi ki, quyuda 6-10 yaş arasında olan uşaqların da kəllə sümükləri var”. Bir neçə günlük tədqiqatlar nəticəsində aşkar edilən bu faktın yenilik olduğunu bildirən Q. Ağayev hazırda torpaq işləri görüldüyünü, quyuda təmizlənmə aparıldığını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR