Bank Of Baku

7-ci və 8-ci mikrorayonlar arasında məskunlaşan 6 məcburi köçkün ailəsinə buranı tərk etmək üçün 3 gün vaxt verilib

7-ci və 8-ci mikrorayonlar arasında məskunlaşan 6 məcburi köçkün ailəsinə buranı tərk etmək üçün 3 gün vaxt verilib
# 26 iyul 2007 13:17 (UTC +04:00)
Bakının Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlar arasında tikiləcək metronun yeni stansiyasının ərazisində məskunlaşan 6 məcburi köçkün ailəsinə buranı tərk etmək üçün 3 gün vaxt verilib. Həmin ərazidə məskunlaşan Xocavənd rayon sakini Leyla Aslanova APA-ya bildirib ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bir qrup nümayəndəsi bu gün həmin əraziyə gələrək onlardan buranı tərk etməyi və Müşfiqabad qəsəbəsində ayrılan boş əraziyə köçməyi tələb ediblər. L. Aslanovanın sözlərinə görə, komitə əməkdaşları onların yaşayış yeri ilə Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) təmin etməli olduğunu da diqqətə çatdırıblar. O, qalan 6 ailənin ərazidən çıxmaq niyyətində olmadıqlarını da söyləyib: “1992-ci ildən məcburi köçkün kimi bu ərazidə məskunlaşmışıq. Burada aparılacaq tikintiyə heç bir etirazımız yoxdur. Ancaq biz normal yaşayış yeri ilə təmin olunmalıyıq. Buna baxmayaraq, nə rayon icra hakimiyyəti, nə də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu məsələni həll etmək istəmir”. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov isə APA-ya həmin 6 ailənin yaşayış yeri ilə təmin olunmasının Binəqədi RİH tərəfindən həyata keçirilməli olduğunu qeyd edib. Binəqədi RİH-dən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR