Bank Of Baku

Qarabağ müharibəsi veteranlarının övladları və aztəminatlı ailələrdən olan 60 şagird üçün kompüter və xarici dil kursları açılıb

Qarabağ müharibəsi veteranlarının övladları və aztəminatlı ailələrdən olan 60 şagird üçün kompüter və xarici dil kursları açılıb
# 30 iyul 2007 12:05 (UTC +04:00)
2007-ci il “Gənclər ili” çərçivəsində Səbayel rayonunun 189 saylı orta məktəbində Dövlət İqtisad Universitetinin köməyi ilə Qarabağ müharibəsi veteranlarının övladları və aztəminatlı ailələrdən olan 60 şagirdin cəlb olunduğu kompüter və xarici dil kurslarının açılış mərasimi keçirilib. Səbayel rayon İcra Hakimiyyətindən APA-ya daxil olan məlumata görə, kursları universitetin əlaçı tələbələri və magistrləri aparacaq. Kurslar iki həftə fəaliyyət göstərəcək, şagirdlərə kompüterdən istifadə qaydaları və xarici dil öyrədiləcək.
Qeyd edək ki, bu tədbir rayon İcra Hakimiyyəti tərəfindən məktəblilərin yay istirahəti üçün təşkil olunmuş ikinci layihədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR