Bank Of Baku

Azərbaycandan maksimum 30 günlük müddətə Türkiyəyə gedəcək şəxslər hər gün üçün 30 ABŞ dolları xərcləmək imkanında olmalıdır

Azərbaycandan maksimum 30 günlük müddətə Türkiyəyə gedəcək şəxslər hər gün üçün 30 ABŞ dolları xərcləmək imkanında olmalıdır
# 31 iyul 2007 11:54 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycan, Özbəkistan, Tacikistan, Türkmənistan və Monqolustanla qısamüddətli viza rejiminin ləğv olunması ilə bağlı açıqlama yayıb. Səfirlikdən APA-ya verilən məlumata görə, 1 avqust tarixində qüvvəyə minəcək qərara əsasən adı çəkilən ölkələrdən maksimum 30 günlük müddətə Türkiyəyə gələcək şəxslər hər gün üçün 30 ABŞ dolları xərcləmək imkanında olmalıdır. Yəni 10 günlük Türkiyəyə gedən şəxs özü ilə 300 dollar, bir ay qalacaq şəxs isə 900 dollar aparmalıdır. Sərhəd-gömrük məntəqələrində həmin şəxslərlə bu mövzuda qısa söhbət aparılacaq, onlardan Türkiyəyə nə məqsədlə gəldikləri, harada yaşayacaqları və yaşayışlarını necə təmin edəcəkləri soruşulacaq. Xarici İşlər Nazirliyinin sözçüsü Ləvənt Bilman bildirib ki, bu qərar Türkiyənin Orta Asiya və Qafqaz ölkələri ilə yaxın dostluq əlaqələrini daha da inkişaf etdirmək yönündə iradəsini ortaya qoyur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR