Bank Of Baku

Torpaq sürüşməsi nəticəsində evsiz qalan Dozular kənd sakinləri üçün tikilən yeni qəsəbə sentyabrda istifadə veriləcək

Torpaq sürüşməsi nəticəsində evsiz qalan Dozular kənd sakinləri üçün tikilən yeni qəsəbə sentyabrda istifadə veriləcək
# 31 iyul 2007 12:48 (UTC +04:00)
Ötən il torpaq sürüşməsi nəticəsində evlərindən köçürülən Dozular kənd sakinləri sentyabr ayında yeni salınmış qəsəbədə məskunlaşa bilərlər. Bu barədə APA-nın Qərb bürosuna Xanlar rayon icra hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Turani Əliyev məlumat verib. Onun sözlərinə görə, Dozular kəndinin yuxarısında Qaradağ adlanan ərazidə salınan yeni qəsəbədə işlər yekunlaşmaq üzrədir: İlin əvvəlində başlanmış tikinti işləri sentyabr ayının sonunadək tam başa çatacaq. Sakinləri razı salmaq üçün hər bir ailəyə əvvəl yaşadıqları otaqların sayı qədər otaqları olan yeni mənzillər tikilib. Yeni salınmış qəsəbədə hər cür şərait nəzərdə tutulub. Həmçinin qəsəbədə sakinlər üçün 120 nəfərlik məktəb binası, feldşer-mamaça məntəqəsi, mədəniyyət evi, kitabxana, kənd bələdiyyəsi üçün inzibati bina tikilib”.
Qeyd edək ki, Dozular kəndində ötən ilin avqustda başlayan torpaq sürüşməsi nəticəsində 42 ev, bir məktəb binası və mədəniyyət evi yararsız hala düşüb. Evlərdən 18-i sürüşmə nəticəsində tamamilə uçub, 26 ev isə qəza vəziyyətinə düşüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR