Bank Of Baku

Azərbaycan hökuməti Ümumdünya Ərzaq Proqramının köçkünlərə yardım göstərməsi üçün 650 min dollar dəyərində ianə verib

Azərbaycan hökuməti Ümumdünya Ərzaq Proqramının köçkünlərə yardım göstərməsi üçün 650 min dollar dəyərində ianə verib
# 31 iyul 2007 14:15 (UTC +04:00)
Ümumdünya Ərzaq Proqramının (ÜƏP) maliyyə vəsaitinin çatışmazlığı səbəbindən sentyabrdan Azərbaycandakı məcburi köçkünlərə ərzaq yardımının dayandırıla bilməsi barədə xəbərdarlığından sonra yerli hökumət bu quruma ianə verib. Bu barədə APA-ya ÜƏP-nin Nəqliyyat və Təchizat Departamentinin rəisi Fuad Hüseynov bildirib. Onun sözlərinə görə, sentyabra kimi tələb olunan maliyyə vəsaiti toplanılmasaydı, qurum Azərbaycandakı məcburi köçkünlərə ərzaq yardımını dayandırmaq məcburiyyətində qalacaqdı. Ancaq Azərbaycan hökuməti yardımın davam etdirilməsi üçün ÜƏP-ə təqribən 650 min dollar dəyərində ianə verib. Bu isə imkan verəcək ki, köçkün ailələri sentyabr-oktyabr aylarında da yardımla təmin edilsin. F. Hüseynov deyib ki, ÜƏP-in xəbərdarlığından sonra xarici ölkələrin də bu təşkilata ianə verəcəyi gözlənilir.
Hazırda isə ÜƏP Azərbaycanda 154 min köçkünə 4 çeşiddə ərzaq yardımı - 12 kq un, 1,2 kq bitki yağı, 900 qram şəkər tozu, 300 qram yodlaşdırılmış duz paylayır. Təşkilat buna il ərzində orta hesabla 7 milyon dollar vəsait xərcləyir. ÜƏP-nin köçkünlərə ərzaq yardımının paylanılmasını nəzərdə tutan, 2006-2008-ci illəri əhatə edən layihəsinin dəyəri 15,6 milyon dollardır. Artıq donor ölkələr Azərbaycanın iqtisadi baxımdan inkişaf etməsini əsas gətirərək bu layihənin maliyyələşdirilməsinə az maraq göstərir.
Qeyd edək ki, dünyanın ən iri humanitar təşkilatı olan ÜƏP 1994-cü ildən indiyədək Azərbaycandakı məcburi köçkünlərə 108 milyon ABŞ dolları dəyərində 142 min ton müxtəlif çeşidli ərzaq məhsullarını yardım kimi paylayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR