Bank Of Baku

Dəmiryolu xəttinin mühafizə zolağında yerləşən tikililərdə məskunlaşmış məcburi köçkünlərin yaşayış yeri ilə təmin olunması üçün müvafiq qurumlara müraciət edilib

Dəmiryolu xəttinin mühafizə zolağında yerləşən tikililərdə məskunlaşmış məcburi köçkünlərin yaşayış yeri ilə təmin olunması üçün müvafiq qurumlara müraciət edilib
# 31 iyul 2007 14:26 (UTC +04:00)
“Dəmiryolu xəttinin mühafizə zolağında məcburi köçkünlərin məskunlaşdığı tikililər onların yaşayış yeri ilə bağlı məsələ həll edilməyənə qədər sökülməyəcək”. Bu açıqlamanı APA-ya açıqlamasında Dövlət Dəmir Yolu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov verib. O bildirib ki, mühafizə zolağında məskunlaşan məcburi köçkünlərin yaşayış yeri ilə təmin olunması barədə Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinə və aidiyyəti üzrə icra qurumlarına bildiriş göndərilib. Hələlik həmin qurumlardan cavab alınmadığını deyən N. Əzməmmədov söküntü işlərinin plana uyğun olaraq davam etdirildiyini söyləyib: “Hələlik mühafizə zolağına düşən hasarlar sökülür. Evlərin sökülməsi ilə bağlı məsələ isə növbəti mərhələdə həyata keçiriləcək. Bununla bağlı hərəkət cədvəli hazır olduqdan sonra söküntülərə start veriləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR