
Ay yaradıcılıq fəallığının istənilən təzahürü üçün əlverişli olacaq. Avqustda planetlərin düzülüşü təqdimat və çıxışların keçirilməsinə kömək edir. Bütün sahələrdə uğur qazanacağınız mümkündür. Çoxdan can atdığınız nəticələrə nail ola, yaxud hələlik bunu edə bilməməyinizin səbəbini anlaya və düşündüklərinizi həyata keçirmək üçün yollar tapa bilərsiniz. Uşaqlarınızla ünsiyyətə daha çox vaxt ayırın. İndi sizin diqqətiniz onlar üçün çox vacibdir. Birgə oyunlarda iştirak edin, bu sizi uşağınızla daha da yaxın edəcək. Avqust ərzində keçmiş biznes-tərəfdaşlarınızla görüşəcəyiniz istisna edilmir. Sizdə münasibətləri yenidən bərpa etmək istəyi meydana çıxa bilər, amma, doğrusunu desək, şansınız o qədər də çox deyil. Yaxşı olar ki, keçmiş səhvlərinizi dərk etməyə çalışın və onları gələcəkdə bir daha təkrarlamayın.
Uğurlu günlər: 3, 4, 13, 21, 22, 30, 31.
Uğursuz günlər: 10, 17, 24, 25.
BUÄžA

Avqustda planetlərin düzülüşü ailə büdcəsi ilə bağlı məsələlərin həlli ilə məşğul olmağı sizə tövsiyə edir. Xüsusilə, əgər bu cür problemlər üst-üstə yığılıbsa, indi onlara yeni nəzərlə baxmaq və onların həlli üçün yeni üsullar axtarıb tapmaq vaxtı çatıb, amma əvvəlcə həmin problemlərin yaranmasının əsl səbəblərini anlamalısınız. Tərəfdaşlarınızla münasibətlərinizdə dəyişikliklər olacağı istisna edilmir. İndi onların məsləhətlərini yada salaraq haqlı olduqlarına əmin olmaq vaxtıdır. Əgər tərəfdaşlarınızla münaqişələriniz olubsa və siz bunun, əsasən, öz günahınız ucbatından baş verdiyini dərk edirsinizsə, avqust barışmaq üçün yaxşı aydır. Bu ay işdəki şəraiti dəyişmək üçün də uğurlu ola bilər. Həmçinin, evinizin, yaxud mənzilinizin heç olmasa, köhnə interyerini yenidən qurmaq istəyəcəyiniz mümkündür. Ev tapmağınız da həmçinin xatirələri oyada bilər.
Uğurlu günlər: 5, 6, 14, 15, 24, 25.
Uğursuz günlər: 12, 13, 19, 26, 27.
ƏKİZLƏR

Avqust bürcünüzün tipik nümayəndələrinə xeyli ünsiyyət gətirəcək. Keçmiş tanışlarınızla, dostlarınızla, sinif yoldaşlarınızla (əsasən, qadın cinsinin nümayəndələrilə) görüşmək ehtimalı artır. Bu cür görüşlər saatlarla çəkən söhbətlərə, dostluq görüşlərinə, münasibətlərinizin aktual olduğu dövrlər barədə xatirələrə gətirib çıxara bilər. Eyni zamanda, yenidən köhnə dost və tanışlarınızı qazanmaq şansı yaranır. İndi sizi məktəb, yaxud eyni maraqlar birləşdirməsə də, yeni təmas nöqtələri tapa biləcəyiniz istisna edilmir. Avqustda səfərlərin adətən olduğundan bir qədər uzun çəkəcəyi mümkündür, yolda yubanmalarınız ola bilər. Əgər hər şeyi səylə planlaşdırsanız, asudə vaxtınızın ehtiyatlarından səmərəli istifadə etsəniz, səfərləriniz çox uğurlu olacaq. Siz hətta çoxdan arzusunda olduğunuz yerlərə də yollana bilərsiniz. Bu ay ərzində şəxsi bizneslə bağlı arzunuz həyata keçə bilər.
Uğurlu günlər: 7, 8, 12, 13, 17, 27.
Uğursuz günlər: 14, 15, 21, 22, 23, 28, 29.
XƏRÇƏNG

Avqust ayı ərzində bürcünüzün tipik nümayəndələri ən çox maliyyə sahəsində fəallıq nümayiş etdirəcəklər. Bu, əvvəllər yerinə yetirilən işin haqqını tələb etmək, borclarınızı geri almaq, çoxdan planlaşdırılan əşyaları almaq üçün yaxşı dövrdür. Gündəlik lazım olan əşyaların alınmasını isə təxirə salsanız, geyim, kosmetika, dəbdəbəli əşyaları başqa vaxt alsanız yaxşıdır. Ay öz əmlakınızı qiymətləndirmək və ya sadəcə köhnə əşyalarınızı araşdırmaq üçün əlverişlidir. Bir çox lazımsız əşyaların arasından (yeri gəlmişkən, onlardan yaxa qurtarmaq vaxtı gəlib çatıb) çox maraqlı və ya sizin üçün böyük əhəmiyyət kəsb edən əşyaları aşkar edə bilərsiniz. Bu o qədər də bahalı olmayan, amma müəyyən xatirələrinizi oyadacaq əşya ola bilər.
Uğurlu günlər: 10, 18, 19, 28, 29.
Uğursuz günlər: 3, 4, 17, 24, 25.
ŞİR

Avqust bürcünüzün tipik nümayəndələri üçün çox fəal ay olacaq. Ətrafınızda çoxlu hadisələr baş verəcək ki, siz onların əksəriyyətində iştirak edəcək və ya həmin hadisələrin səbəbkarına çevriləcəksiniz. Bu ay ərzində eqoizm və eqosentrizmə yol verməmək, təkcə özünü deyil, ətrafdakıları da fikirləşmək vacibdir. Xarici görünüşünüzdə də dəyişiklik olacağı istisna edilmir. Əvvəlki imicinizə qayıtmaq istəyəcəksiniz. Ay xarici görüşünüz üzərində işləmək, idmanla məşğul olmaq üçün də əlverişlidir, lakin tez nəticə əldə edəcəyinizə ümid etməyin. Özü də dolabınızı yığışdırarkən köhnə paltarlarınızı tapa biləcəyiniz ehtimalı böyükdür. Onları əyninizə geyinərkən ya məşqlərinizin nəticələrini görə (paltarlar əyninizə oturacaq, yaxud hətta bir qədər böyük olacaq) və ya sizdə onların əyninizə olması üçün öz üzərinizdə bir az da çalışmaq istəyi yaranacaq.
Uğurlu günlər: 3, 4, 21, 22, 30, 31.
Uğursuz günlər: 6, 19, 20, 27.
QIZ

Avqust ayı ərzində planetlərin düzülüşü daxilinizdə baş verənlərin ətrafınızda baş verənlərə nisbətən üstünlük təşkil edəcəyindən xəbər verir. Bu, tələbatlarınızı, əsl arzularınızı təhlil etmək, qorxu və həyəcanlarınızı aşkara çıxarmaq üçün yaxşı vaxtdır. Meditasiya, dua etmək, ibadətxanaya getmək üçün yaxşı dövrdür. Ay ərzində intuisiyanız xeyli güclənir, yuxulara böyük əhəmiyyət vermək lazımdır. Keçmişinizə dair yuxular görəcəyiniz istisna edilmir, amma bu onu göstərir ki, keçmiş tədricən həyatınızdan gedərək şüurunuzu azad edir. Son nəticədə bu amillər biznesinizin gedişinə müsbət təsir göstərəcək. Avqustda daha çox təklikdə vaxt keçirmək istəyəcəksiniz. Sirli təzahürlərlə də qarşılaşacağınız istisna edilmir. Spirtli içkilərlə isə ehtiyatlı olun, əks halda, fövqəltəbii vəziyyətlərlə bağlı söhbətlərinizə heç kim inanmayacaq.
Uğurlu günlər: 5, 6, 14, 15, 24, 25.
uğursuz günlər: 7, 8, 21, 23, 28, 29.
TƏRƏZİ

Ay bürcünüzün nümayəndələri üçün onunla əlamətdar olacaq ki, dostlarınız və tərəfdaşlarınızla tez-tez görüşəcəksiniz. Çoxdan görmədiyiniz köhnə dostlarla görüşmək ehtimalınız artacaq. Planetlərin düzülüşü əvvəlki biznes planlarını xatırlayacağınızı göstərir. İndi onlara yeni nəzərlə baxmağa hazırsınız və əvvəllər qeyri-mümkün olan planlar indi gerçəkləşə bilər. Lakin onları həyata keçirməyə tələsmək hələlik tezdir, siz hansısa addımı atmazdan əvvəl hər şeyi diqqətlə təhlil etməlisiniz. Köhnə hobbinizə və maraqlarınıza qayıda, bu sahədə nəsə təzə bir şey öyrənə bilərsiniz. Maraq dairənizdə ciddi dəyişikliklər baş verə bilər.
Uğurlu günləriniz: 8, 13, 17, 26, 27.
Uğursuz günləriniz: 3, 4, 10, 24, 25, 31.
ƏQRƏB

Bu ay ərzində işdə və karyerada daha çox fəallıq müşahidə olunacaq. İstisna edilmir ki, irəli hərəkət etməzdən əvvəl bəzi maneələri dəf etməli və ya öz məqsədlərinizə çatmaq üçün yeni üsullar axtarmalı olacaqsınız. Bu ay ərzində kölgədə qalmağınız çətin olacaq. Demək olar ki, həmişə göz qabağında olacaqsınız. Buna görə də uğurunuz çox zaman şəxsi davranışınızla müəyyən ediləcək. Yaxşı olar ki, müsbət xüsusiyyətlərinizi xatırlayaraq qarşıya qoyduğunuz məqsədlərə çatmaq üçün cazibənizdən istifadə edəsiniz. Hətta əgər söhbətiniz baş tutmasa da, indi cəhdinizi təkrar edə bilərsiniz. Ulduzlar onun daha uğurlu olacağından xəbər verir.
Uğurlu günlər: 9, 10, 19, 20, 28, 29.
Uğursuz günlər: 5, 6, 12, 13, 16 26, 27.
OXATAN

Avqust təhsili bərpa etmək, yaxud öyrənilmiş materialı təkrar etmək üçün yaxşı vaxtdır. Bu ay ərzində bürcünüz tipik nümayəndələri öz görüş dairəsini genişləndirməyə can atacaq, lakin biliklərinizin əsas hissəsini təkrar etməyincə və xatırlamayınca, yeni faktları mənimsəməyiniz çətin olacaq. Artıq məlum olan məlumatların təkrarı və dərin analizi isə maraqlandığınız bilik sahəsinin yeni, daha dəqiq və dərindən başa düşülməsinə gətirib çıxara bilər. Ay intellektual bizneslə məşğul olanlar üçün, müxtəlif tədqiqatların keçirilməsi üçün əlverişlidir. Avqust ərzində uzaqdan, xüsusilə çoxdan ünsiyyətdə olmadığınız tərəfdaşlardan xəbər alacağınız istisna edilmir. Bu, başqa ölkələrdə və şəhərlərdə yaşayan uzaq qohumlarınız və dostlarınız da ola bilər.
Uğurlu günlər: 3, 4, 12, 13, 16, 17, 21, 22, 30, 31.
Uğursuz günlər: 7, 8, 14, 28, 29.
OÄžLAQ

Bürcünüzün tipik nümayəndələri bu ay məhkəmə işlərinə, mübahisə və ya araşdırmalara qatıla bilərlər. Sizin də hüquqlarınızı məhkəmə vasitəsilə qorumalı olacağınız istisna edilmir. Bu, xüsusilə vərəsəlik və ya aliment məsələlərinə aid ola bilər. Avqust borclarınızı qaytarmaq və borclarınızı tələb etmək üçün uğurlu aydır. Depozit hesabalarınızı bağlaya, investisiya fondlarındakı paylarınızı sata bilərsiniz. Həm xərclərinizdə, həm də qazancınızda əvvəlki maliyyə strategiyalarına qayıdacağınız istisna edilmir. Ay iş yerində coşqun və ehtiraslı romanlarla zəngin ola bilər. Əvvəlki seksual tərəfdaşınızla münasibətlərinizi bərpa edəcəyiniz istisna edilmir. Amma siz sadəcə qəti şəkildə ayrılmaq üçün görüşəcəksiniz. Axı, geri boylanmaq deyil, irəli getmək vaxtıdır.
Uğurlu günlər: 5, 6, 14, 15, 24, 25.
Uğursuz günlər: 3, 4, 10, 17, 30, 31.
DOLÇA

Şəxsi və işgüzar münasibətləriniz daha çox fəallıq tələb edəcək. Bürcünüzün tipik nümayəndələri ay ərzində keçmiş əri və ya arvadı ilə, yaxud uzunmüddətli və kifayət qədər ciddi münasibətdə olduğu bir insanla görüşə bilər. Görüş sizi münasibətlərinizin nə üçün pozulduğu üzərində düşünməyə vadar edəcək. Görüşünüzün əsl məqsədi məhz bundadır. Siz səbəbləri dərk etməli və yeni münasibətlərinizdə əvvəlki səhvlərə yol verməməlisiniz. İşgüzar münasibətlərdə əvvəllər sizinlə əməkdaşlıq etməkdən imtina edən tərəfdaşlarınızla bir daha əlaqə qurmağa cəhd edə bilərsiniz. Planetlərin düzülüşü işgüzar əlaqələr yaratmaq səylərinizi təkrar etməyi məsləhət görür. Çünki indi onlar daha uğurlu ola bilər.
Uğurlu günlər: 7, 8, 16, 17, 27, 28.
Uğursuz günlər: 5, 6, 12, 13, 14, 15, 19, 20.
BALIQLAR

Bu, səhhətinizlə məşğul olmaq üçün yaxşı dövrdür. Bizneslə bağlı çoxdan təxirə saldığınız müalicəni və ya profilaktik prosedurları bu aya planlaşdıra bilərsiniz. Doğrudur, xroniki xəstəliklərin kəskinləşəcəyi istisna edilmir, lakin bu onlara diqqət yetirərək canınızı birdəfəlik həmin xəstəliklərdən qurtarmağa işarədir. Daha yaxşı nəticə əldə etmək üçün tez sağalanacağınıza ümid etməyin, amma sizi müalicə edən həkimin göstərişlərinə dəqiqliklə əməl edin. Ay böyük həcmdə yığılıb qalan işlərinizi başa vurmaq üçün çox uğurludur. Gündəlik vəzifələrinizi diqqətlə, səliqə ilə və tələsmədən yerinə yetirməyə çalışın. İş gününüzü dəqiq planlaşdırın. Bu, işlərinizin öhdəsindən vaxtında gəlməyə kömək edəcək. Cari vəzifə üzərindəki işi başa vurmamış yeni işlərə başlamaq lazım deyil.
Uğurlu günlər: 9, 10, 19, 20, 28, 29.
Uğursuz günlər: 7, 8, 14, 15, 21, 23.