Bank Of Baku

Azay Quliyev: “Prezidentin sərəncamı QHT-lərin xarici donorlardan asılılığını aradan qaldıracaq”

Azay Quliyev: “Prezidentin sərəncamı QHT-lərin xarici donorlardan asılılığını aradan qaldıracaq”
# 01 avqust 2007 11:41 (UTC +04:00)
Azərbaycan Milli QHT Forumunun QHT-lərə dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında prezidentin 27 iyul 2007-ci il tarixli sərəncamı ilə əlaqədar toplantı keçirilib. APA-nın məlumatına görə, Milli QHT Forumunun prezidenti Azay Quliyev sərəncamın əhəmiyyətindən danışıb və bunu QHT-lərin inkişafına dəstək kimi qiymətləndirib: “Bu, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına təkan verəcək və QHT-lərin xarici donorlardan asılılığını aradan qaldıracaq. Konsepsiyaya əsasən Qarabağ, məcburi köçkünlər və şəhid ailələri, həmçinin vətənpərvərliklə bağlı layihələrə maliyyə yardımı ediləcək”. Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin sektor müdiri Ərəstun Mehdiyev isə bildirib ki, QHT-lərlə bağlı qanunvericilik bazasına müxtəlif vaxtlarda əlavə və dəyişikliklər edilib. O, QHT-lərlə hakimiyyətin müxtəlif qolları arasında əməkdaşlığın təkmilləşdirilməsi üçün islahatlar həyata keçirilməsinə ehtiyac olduğunu vurğulayıb: “Prezident sərəncamı bu sahədə görüləcək işlərə stimul verəcək”. Ə Mehdiyevin sözlərinə görə, bu sərəncamla QHT-lər dövlətin əsas tərəfdaşı kimi seçilib, onların vətəndaş cəmiyyətinin qurulmasında rolu qiymətləndirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR