Bank Of Baku

“Dalğa” Gənclər Hərəkatı kitab oxumaq aksiyası keçirəcək

“Dalğa” Gənclər Hərəkatı kitab oxumaq aksiyası keçirəcək
# 01 avqust 2007 12:00 (UTC +04:00)
“Dalğa” Gənclər Hərəkatının sədri Ülvi Həsənli mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, təşkilat sədri gələcəkdə planlaşdırılan aksiyalar barədə məlumat verib: “Yaxın günlərdə kitab oxuma aksiyası keçirəcəyik. Sentyabrın 15-də yeni tədris ilinin başlaması ilə bağlı təşkilat üzvləri bir neçə universitetin qarşısında ali məktəblərdə rüşvətxorluğa qarşı mübarizəyə həsr olunmuş aksiya keçirməyi planlaşdırır. Aksiya zamanı rüşvətxorluq əleyhinə şüarlar səsləndirəcək”. Ü. Həsənli iyulun 22-də Mətbuat Günü ilə bağlı Fəvvarələr meydanında keçirdikləri dinc aksiyada polis tərəfindən təzyiqlərə məruz qaldıqlarını iddia edərək, daxili işlər naziri Ramil Usubova müraciət etdiklərini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR