Bank Of Baku

“Azərsu” I yarımillikdə abonentlərin su xətləri üzərində 42 275 sayğac quraşdırıb

“Azərsu” I yarımillikdə abonentlərin su xətləri üzərində 42 275 sayğac quraşdırıb
# 01 avqust 2007 12:02 (UTC +04:00)
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən cari ilin birinci yarısında abonentlərin su xətləri üzərində 42 275 su sayğacı quraşdırılıb. Bu barədə “APA-Economics”ə “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Quraşdırılmış sayğacların 35 826-sı Bakı şəhəri, 6 449-u digər şəhər və rayonların payına düşüb. Əhali abonentləri üzrə 40 433 su sayğacı quraşdırılıb ki, bunun da 34 995-i Bakının, 5 438-i isə digər şəhər və rayonların payına düşür. Əhali abonentləri üzrə sayğaclar dövlət başçısının əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə verdiyi göstərişə müvafiq olaraq büdcə vəsaiti hesabına quraşdırılır.
Görülən tədbirlər nəticəsində, istehlakçılara göstərilən xidmət haqqının yığım səviyyəsi artaraq iyun ayında 62,2%-ə, o cümlədən, əhali üzrə 42,2%-ə, müəssisə və təşkilatlar üzrə 83,6%-ə çatdırılıb. Yarım ilin yekununa görə isə ümumilikdə yığım səviyyəsi 54,7% (o cümlədən, əhali üzrə 35,9%, müəssisə və təşkilatlar üzrə 77%) olub.
Qeyd edək ki, 1 yanvar 2007-ci il vəziyyətinə quraşdırılmış su sayğaclarının sayı 196 150 təşkil edib və bunun 182 497-i mənzillərdə quraşdırılıb. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR