Bank Of Baku

Azay Quliyev: “Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarına Yardım Fondunun yaradılması vətəndaş cəmiyyətinin xeyrinə olan addımdır”

Azay Quliyev: “Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarına Yardım Fondunun yaradılması vətəndaş cəmiyyətinin xeyrinə olan addımdır”
# 01 avqust 2007 13:13 (UTC +04:00)
“Azərbaycan vətəndaşı olan Dağlıq Qarabağ ermənilərinin yaratdığı vətəndaş cəmiyyəti təşkilatları da Qeyri-Hökumət Təşkilatlarına Yardım Fondunun imkanlarından faydalana bilərlər”. APA-nın sualını cavablandıran Milli QHT Forumunun prezidenti Azay Quliyev bildirib ki, bu məsələdə ümummilli maraqlara xidmət edən hər hansı bir QHT-yə fərq qoyulmayacaq. O, bununla bağlı mexanizm üzərində işləndiyini də deyib: “İlkin variantda Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları fondun imkanlarından faydalana biləcəklər. Amma Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ümummilli məsələdə xarici qurumla birgə işləyəcəksə, həmin qurumlar da bu imkandan birgə istifadə edə bilərlər. Burada hər hansı bir məhdudiyyət olmayacaq. Fondun əsasnaməsində bu məsələlərə diqqət yetiriləcək”. A. Quliyev QHT-lərin dövlətdən asılı vəziyyətə salınması barədə iddiaları da təkzib edib: “Fondun yaradılması və dövlət tərəfindən maliyyə vəsaitinin ayrılması Azərbaycanda vətəndaş cəmiyyətinin yalnız xeyrinə olacaq. Burada qeyri-hökumət təşkilatlarının dövlətdən hər hansı bir asılılığından söhbət gedə bilməz. Digər tərəfdən isə onsuz da Azərbaycan qeyri-hökumət təşkilatlarının 99 faizi xarici donorlardan asılıdırlar. Amma burada elə bir mexanizm işlənilməlidir ki, həm şəffaflıq, həm də ədalətlilik öz əksini tapa bilsin. Belə olduğu təqdirdə burada dövlətdən heç bir asılılıqdan söhbəti gedə bilməz”. Maliyyənin ayrılmasında özəl sektorun imkanlarından bəhrələnmənin lazımlılığını vurğulayan A. Quliyev illik büdcənin təxminən nə qədər olacağı haqda bir şey deyə bilməyəcəyini də söyləyib: “Fikrimcə, fondun fəaliyyəti əvvəlcə pilot layihələrlə həyata keçirilməli, ayrılan vəsaitlərlə bağlı isə hədd müəyyən olunmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR