Bank Of Baku

Gəncədə 676 it quduzluğa qarşı peyvənd edilib

Gəncədə 676 it quduzluğa qarşı peyvənd edilib
# 02 avqust 2007 09:08 (UTC +04:00)
Gəncə şəhər Baytarlıq İdarəsi mal-qaranı qara yara, brusellyoz, quşları taun, itləri isə quduzluq xəstəliyinə qarşı peyvənd etməyə başlayıb. İdarədən APA-nın Qərb bürosuna verilən məlumata görə, bu il qara yara xəstəliyinə qarşı 745 iribuynuzlu, 2300 xırda buynuzlu mal-qara, o cümlədən 10 at peyvənd olunub. Dabaq xəstəliyinə qarşı isə 698 iri, 1193 xırda buynuzlu mal-qaranın peyvənd olunduğu bildirilir. Bu il həmçinin 146.655 baş ev quşu, quduzluğa qarşı isə 676 it peyvənd edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR