Bank Of Baku

Dövlət Baytarlıq Xidməti brusellyoz xəstəliyi ilə əlaqədar heyvanlar arasında nəzarət müayinə tədbirləri həyata keçirir

Dövlət Baytarlıq Xidməti brusellyoz xəstəliyi ilə əlaqədar heyvanlar arasında nəzarət müayinə tədbirləri həyata keçirir
# 02 avqust 2007 11:01 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bu il elan etdiyi “Brusellyozla mübarizə ili” ilə əlaqədar iri və xırda buynuzlu heyvanlar arasında nəzarət müayinə tədbirləri aparır. Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli APA-ya bildirib ki, ilin əvvəlindən həyata keçirilən bu tədbirlər ilin sonuna kimi davam etdiriləcək. DBX bu tədbirləri hər ay 6 rayonda həyata keçirir. Bütün rayonlarda brusellyoz xəstəliyinə rast gəlindiyini bildirən Y. Xanvəli xəstə heyvanların sayının azaldığını da söyləyib. O əlavə edib ki, DBX bu xəstəliyin səviyyəsini minimal həddə salmağı planlaşdırır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR