Bank Of Baku

Azərbaycan Milli Arxiv İdarəsi yeni binaya köçürüləcək

Azərbaycan Milli Arxiv İdarəsi yeni binaya köçürüləcək
# 02 avqust 2007 12:56 (UTC +04:00)
Azərbaycan Milli Arxiv İdarəsi Dövlət Film Fondunun yaxınlığındakı yeddimərtəbəli yeni binaya köçürüləcək. Bu barədə APA-ya Dövlət Səs Yazıları Arxivinin direktoru Yaqub Mədətov məlumat verib. Milli Arxiv İdarəsinə verilən bu çoxmərtəbəli binada Dövlət Arxivləri yerləşdiriləcək. Hazırda yeni binada sürətli təmir işləri görülür. Yaxın günlərdə Səs Yazıları Arxivinin yeni binaya köçürülməsi planlaşdırılıb. Milli Arxiv İdarəsinin yeni binada müasir maddi-texniki təchizatla təminatı nəzərdə tutulub. Artıq bu məqsədlə bir sıra yeni avadanlıqlar da gətirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR