Bank Of Baku

Moskvada əmək miqrantları üçün kvota gələn ildən azaldılacaq

Moskvada əmək miqrantları üçün kvota gələn ildən azaldılacaq
# 02 avqust 2007 14:04 (UTC +04:00)
2007-ci ilin I rübündə Rusiya paytaxtında 426 min əcnəbi vətəndaş əmək fəaliyyəti ilə məşğul olub. APA-nın Rusiya bürosunun Moskva hökumətindəki mənbələrə istinadən yaydığı məlumata görə, əmək miqrantlarının 13 min nəfəri nəqliyyat, 43 min nəfər ticarət, 182 min nəfər tikinti, 15 min nəfər isə mənzil-kommunal təsərrüfatı sahəsində çalışıb. Bu rəqəmlər yalnız rəsmi qeydiyyat keçən əmək miqrantlarına dair göstəricidir. Moskva şəhər hökuməti 2008-2010-cu illər üçün yeni miqrasiya proqramını nəzərdən keçirib. Proqrama uyğun olaraq əcnəbi işçilərin çalışdıqları yerlərdə mərhələli şəkildə Rusiya vətəndaşları ilə, eləcə də başqa ölkələrdən gələn vətəndaşlarla əvəzlənməsi planlaşdırılır. Bu il əcnəbi işçi qüvvəsini cəlb etmək üçün Moskvada vizasız rejimin müəyyən edildiyi ölkələrdən olan vətəndaşlar üçün 750 min və viza rejimi mövcud olan ölkələrdən olanlar üçün təxminən 80 min kvota ayrılıbsa, gələn il maksimum 250 min “vizasız” və 50 min “vizalı” əmək miqrantı Moskvada işləmək hüququ əldə edəcək. Moskvanın regionlararası əlaqələr və milli siyasət komitəsinin rəhbəri Aleksey Aleksandrovun sözlərinə görə, bu kvota işəgötürənlərin sifarişləri üzrə formalaşdırılıb, paytaxt meri tərəfindən təqdir edilib və təkliflər artıq Rusiya hökumətinə göndərilib. Yeni kvota gələn ilin əvvəlində təsdiq ediləcək və həmin sənəd Federal Miqrasiya Xidmətinə göndəriləcək. Şəhər hökuməti yaxın vaxtlarda miqrasiya terminalının köməyi ilə miqrantların işi və həyat fəaliyyəti üzərində nəzarəti gücləndirməyi planlaşdırır. Terminal mərkəzi ofis və dairə şöbələrindən ibarət olacaq. Bu qurum tibbi müayinəyə göndəriş verəcək, əcnəbi vətəndaşları sadələşdirilmiş tipli mehmanxanalarda və ya özəl sektorda yerləşdirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR