Bank Of Baku

Xaricdə təhsil alan azərbaycanlı tələbələr arasında sorğu aparılıb

Xaricdə təhsil alan azərbaycanlı tələbələr arasında sorğu aparılıb
# 03 avqust 2007 12:23 (UTC +04:00)
ADAM Sosioloji Araşdırmalar Mərkəzi tərəfindən xaricdə təhsil alan tələbələr arasında aparılan sosioloji təhqiqatın və rəy sorğusunun nəticələri ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın xəbərinə görə, layihənin rəhbəri, politoloq Hikmət Hacızadə Azərbaycan gənclərinin siyasi və ictimai həyatda rolunun getdikcə artdığını qeyd edib. ADAM Sosioloji Araşdırmalar Mərkəzinin rəhbəri Rüfət Qaragözlü isə jurnalistlərə sorğunun nəticələri haqda məlumat verib: “Rəy sorğusu Azərbaycan gənclərinin sosial və mənəvi durumunu öyrənmək məqsədilə təsadüflük prinsip əsasında keçirilib. 22 sualdan ibarət sorğuya 18-30 yaş arası 1000 azərbaycanlı gənc cəlb olunub”. R. Qaragözlü bildirib ki, rəyi soruşulan gənclərin 66 faizi həyatlarından razı olduğunu deyib: “Respondentlər arasında Azərbaycanı azad ölkə hesab edənlər 25 faiz, qeyri-azad hesab edənlər 25 faiz, qismən azad sayanlar isə 33 faizidir. Siyasi partiyalara da etibar azdır. Rəyi soruşulanların 43 faizi heç bir partiyaya etibar etmədiyini, 21 faizi YAP-a, 6 faizi Müsavata, 4 faizi isə AXCP-yə inandığını açıqlayıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR