Bank Of Baku

“Azərbaycanda yayım təşkilatlarının hüquqlarının qorunması” mövzusunda beynəlxalq seminar keçiriləcək

“Azərbaycanda yayım təşkilatlarının hüquqlarının qorunması” mövzusunda beynəlxalq seminar keçiriləcək
# 03 avqust 2007 14:09 (UTC +04:00)
“Azərbaycanda yayım təşkilatlarının hüquqlarının qorunması” mövzusunda beynəlxalq seminar keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Müəllif Hüquqları Agentliyinin hüquq şöbəsinin müdiri Xudayat Həsənli məlumat verib. Seminarın keçirilməsi ilə bağlı Ümumdünya Əqli Mülkiyyət Təşkilatından dünən razılıq məktubu alınıb. Xarici ekspertlərin iştirakı ilə 2008-ci ildə keçiriləcək bu seminarda həm Azərbaycan, həm də Ümumdünya Əqli Mülkiyyət təşkilatı üçün əsas olan məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, yayım təşkilatlarının hüquqlarının qorunması haqqında qanun hələ qəbul olunmayıb. Yayım təşkilatlarının hüquqlarının qorunması ilə bağlı Ümumdünya Əqli Mülkiyyət Təşkilatında da Beynəlxalq Konvensiyanın hazırlanması nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR