Bank Of Baku

Dövlət Əmək Müfəttişliyi Gəncədə seminar-müşavirə keçirib

Dövlət Əmək Müfəttişliyi Gəncədə seminar-müşavirə keçirib
# 04 avqust 2007 11:17 (UTC +04:00)
Dünən Dövlət Əmək Müfəttişliyi Gəncə şəhərində seminar-müşavirə keçirib. APA-nın Qərb bürosunun xəbərinə görə, tədbirdə əsasən əmək qanunvericiliyinin pozulması halları müzakirə edilib, işçilərlə işəgötürən arasında əmək müqavilələrinin bağlanmamasının sonradan qarşıya çıxardığı problemlərdən söhbət açılıb. Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürov çıxışında bildirib ki, əmək müqaviləsi olmadan əmək münasibətlərinin düzgün qurulması mümkün deyil: “Əmək müqavilələrində əmək münasibətləri hüquqi nöqteyi-nəzərdən tənzimlənir. Müqavilənin olmaması yalnız işəgötürənə sərf edir. Yəni sabah baş verə biləcək hər hansı hadisə zamanı o, asanlıqla məsuliyyəti öz üzərindən atır və bildirir ki, bizim bu işçi ilə əmək müqaviləmiz yoxdur, onu hələ dünən işə cəlb etmişdik və baxırdıq görək, işə götürək, ya yox”. Tədbirdə əmək münasibətləri ilə bağlı qanunvericilik də müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR