Bank Of Baku

Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürov: “Ölkədə əməyin mühafizəsi daha çox istehsalatda, xüsusən tikinti sahəsində pozulur”

Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürov: “Ölkədə əməyin mühafizəsi daha çox istehsalatda, xüsusən tikinti sahəsində pozulur”
# 04 avqust 2007 11:19 (UTC +04:00)
Bu ilin 6 ayı ərzində əmək fəaliyyəti zamanı 114 bədbəxt hadisə baş verib. Onlardan 39-u ölümlə nəticələnib ki, bu göstəricinin 1/3 hissəsi tikintilərin payına düşür. Bu barədə APA-nın Qərb bürosuna Gəncədə səfərdə olan Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürov məlumat verib. Onun sözlərinə görə, müfəttişliyin apardığı araşdırmalar zamanı məlum olub ki, ölkədə əməyin mühafizəsi daha çox istehsalatda, xüsusən də tikinti sahəsində pozulur. N. Şükürov bildirib ki, bu il tikintidə çalışan 13 nəfər əmək fəaliyyəti zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib və hər 13 halda hadisənin birbaşa müəssisə rəhbərliyinin günahı ucbatından baş verdiyi təsdiqlənib: “Məlum olub ki, bu hadisələr şirkətlər tərəfindən işçilərə layiqli əmək şəraiti yaradılmadığı və təhlükəsizlik qaydalarına riayət edilmədiyi üçün baş verib. Bununla əlaqədar müfəttişlik müəssisələrə qarşı müvafiq tədbir görülməsi üçün aidiyyəti orqanlara müraciət edib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR