Bank Of Baku

Ombudsman istirahət düşərgəsində uşaqlarla görüşüb

Ombudsman istirahət düşərgəsində uşaqlarla görüşüb
# 04 avqust 2007 11:34 (UTC +04:00)
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Milli Elmlər Akademiyasının istirahət düşərgəsində Qazax, Gədəbəy, Şəmkir və Bakının Səbayel rayonundan olan uşaqlarla görüş keçirib. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, E. Süleymanova uşaqların vəziyyəti ilə tanış olub, onların yataq şəraiti, qidalanması və asudə vaxtlarının təşkili ilə maraqlanıb. O, düşərgənin rəhbərliyi və pedaqoji kollektivi ilə də söhbət apararaq uşaqların istirahətinin səmərəli təşkil edilməsini müzakirə edib, müvafiq tövsiyələr verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR