Bank Of Baku

Azərbaycanda çadır şəhərciklərinin ləğvi noyabradək başa çatacaq

Azərbaycanda çadır şəhərciklərinin ləğvi noyabradək başa çatacaq
# 06 avqust 2007 08:22 (UTC +04:00)
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru Sənan Hüseynov APA-ya deyib ki, çadır şəhərciklərinin biri Sabirabadda, ikisi Saatlıdadır. Bu düşərgələrdə, eyni zamanda İmişlidə dəmiryolu üzərindəki yük vaqonlarında məskunlaşan 4179 köçkün ailəsinin köçürülməsi üçün Biləsuvar, Füzuli, Sabirabad, Ağcabədi və Ağdamda 13 yeni qəsəbə tikilib. Cəbrayıl köçkünləri üçün Biləsuvarda 1858 evdən ibarət 5, Füzuli köçkünləri üçün Füzulidə 2104 evdən ibarət 5, Zəngilan köçkünləri üçün Füzulidə 1161 evdən ibarət 1, Laçın köçkünləri üçün Ağcabədinin Taxta körpü qəsəbəsində 21 evdən ibarət, Ağdam köçkünləri üçün Ağdamda 35 evdən ibarət qəsəbə inşa edilib. Bu qəsəbələrə köçkünlərin köçürülməsinə sentyabrdan başlanacaq. Yalnız Füzulidə inşa edilən qəsəbə istisna olmaqla, digər qəsəbələrə köçürülmə sentyabrın 15-dək tamamlanacaq. Oktyabrın sonunda isə Füzuli köçkünlərin Füzulidəki qəsəbəyə köçürülməsinə başlanılacaq. Bununla da Azərbaycanda son çadır şəhərciklərində yerləşən köçkünlərin məskunlaşma problemi həll ediləcək. Xatırladaq ki, ümumilikdə Azərbaycanda 12 çadır şəhərciyi olub. Bunlardan 9-u artıq ləğv edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR