Bank Of Baku

Xanlar rayonunda yollara yeni asfalt örtüyü çəkilir

Xanlar rayonunda yollara yeni asfalt örtüyü çəkilir
# 06 avqust 2007 09:53 (UTC +04:00)
Xanlar rayonunun mərkəzi küçələrində və kəndlərarası yollarda asfaltlaşdırma işi aparılır. Artıq Xanlar rayonundan Şəhriyar kəndinə qədər olan yola yeni asfalt örtüyünün çəkilməsi başa çatıb. Asfaltlaşdırma işləri çərçivəsində Xanlar rayonundan Şəhriyar kəndinədək olan yolun 13,7 kilometri asfaltlanıb. Yeni salınmış asfalt örtüyünün qalınlığı 12 sm, eni isə 6-7 metr arasında dəyişir. Xanlar Rayon İcra Hakimiyyətindən APA-nın qərb bürosuna verilən məlumata görə, rayon mərkəzində küçələrin asfaltlaşdırılması işi davam edir. Hazırda rayonun Məhəmməd Əmin Rəsulzadə və Aydın Hacıyev küçələrində inşa işləri aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR