Bank Of Baku

Dünya Gənclərinin 25-ci Qurultayının rəsmi açılışı Gəncədə keçiriləcək

Dünya Gənclərinin 25-ci Qurultayının rəsmi açılışı Gəncədə keçiriləcək
# 06 avqust 2007 10:24 (UTC +04:00)
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və “Gənclərin Mübadilə və Anlaşma Naminə” adlı Beynəlxalq Gənclər Şəbəkəsi ilə birlikdə avqustun 7-dən 20-dək “Hər Kəs Fərqli - Hər Kəs Bərabər” adlı Avropa Kampaniyası çərçivəsində “Sən və Mən Avropada” adlı Dünya Gənclərinin 25-ci Qurultayını Azərbaycanda təşkil edəcək. Qurultayda 18 ölkəni (Albaniya, Azərbaycan, Belçika, Bosniya və Herseqovina, Kipr, Gürcüstan, Almaniya, İtaliya, Litva, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, İspaniya, Tunis, Türkiyə, Özbəkistan), 25 müxtəlif Gənclər Təşkilatını təmsil edən 50-yə yaxın gənc nümayəndə qatılacaq. Qurultayın əsas məqsədi Dünya Gəncləri arasında daha da sıx əməkdaşlıq və qarşılıqlı anlayış prinsiplərinin inkişafına imkan yaratmaq, eləcə də məlumat, təcrübə və fikir mübadiləsini təşkil etməkdir. “Gələcəyə Körpü” İctimai Birliyindən APA-nın qərb bürosuna verilən məlumata görə, qurultayın rəsmi açılış mərasimi mətbuat nümayəndələrinin iştirakı ilə 8 Avqust 2007-ci il tarixində saat 10:00-da Gəncə şəhərində təşkil ediləcək. 3 gün davam edəcək qurultayın Gəncə şəhərində təşkili zamanı iştirakçılar bir-biri ilə tanış olacaq, ailələrdə qalarkən mədəniyyətlərarası mübadilə aparacaq, eyni zamanda Azərbaycanın adət-ənənəsi və mədəniyyətini əks etdirən gecədə iştirak edəcəklər. Qurultayın maarifləndirmə və məlumatlandırma hissəsi Qəbələ şəhərində, nəticələrin parad və sərgi vasitəsilə ictimaiyyətə çatdırılması isə Bakı şəhərində təşkil olunacaq. Qeyd edək ki, qurultay 1983-cü ildən bu tərəfə şəbəkəyə üzv və ya müşahidəçi təşkilatlar tərəfindən mütəmadi olaraq hər il müxtəlif ölkələrdə təşkil olunur. Azərbaycanda keçirilən Dünya Gənclərinin 25-ci Beynəlxalq Qurultayı Gənclər və İdman Nazirliyi və Avropa Gənclər Fondu tərəfindən maliyyələşdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR