Bank Of Baku

Naxçıvan şəhərindəki mərkəzi bazar yenidən qurulur

Naxçıvan şəhərindəki mərkəzi bazar yenidən qurulur
# 06 avqust 2007 10:38 (UTC +04:00)
Naxçıvan şəhərindəki mərkəzi bazar yenidən qurulur. APA-nın Naxçıvan bürosunun məlumatına görə, bu məqsədlə bazarın ətrafındakı obyektlər söküləcək. Mövcud standartlara uyğun olmaması səbəbindən bazarın tamamilə yenidən qurulması və genişləndirilməsi məqsədəuyğun nəzərdə tutulur. Artıq Naxçıvan şəhər Abadlıq və Təmir Tikinti İdarəsi tərəfindən yenidənqurma işlərinə başlanılıb. İdarədən bildiriblər ki, həyata keçiriləcək bərpa işləri nəticəsində obyektin əvvəlki layihəsi əsasında satış mərkəzi müasir görkəmə salınacaq. Ticarət obyekti açıq, örtülü və ət bazarlarından ibarət olacaq. İlk mərhələdə eni 24, uzunluğu 67 metr olan örtülü bazar üçün yeni bina, növbəti mərhələdə isə örtülü bazarın arxasında eni 11, uzunluğu 67 metr olan açıq bazar inşa ediləcək. Ət satılacaq hissədə sanitar-gigiyenik normalara uyğun satış aparılması üçün müvafiq yerlər və digər xidmət otaqlarının yaradılması nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR