Bank Of Baku

Qubada “Uşaq Parlamentinin Yay Məktəbi” layihəsinə start verilib

Qubada “Uşaq Parlamentinin Yay Məktəbi” layihəsinə start verilib
# 06 avqust 2007 11:01 (UTC +04:00)
Qubada UNİCEF-in maliyyə dəstəyi və “Lider Qadınlar” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə “Uşaq Parlamentinin Yay Məktəbi” layihəsinə start verilib. APA-nın şimal bürosunun məlumatına görə, layihənin təqdimat mərasimində iştirak etmək üçün Ombudsman Elmira Süleymanova, “Lider Qadınlar” İB-nin sədri, deputat Məlahət Həsənova və UNİCEF-in Azərbaycandakı nümayəndəsi Xanna İnder Qubaya gedib. Avqustun 5-dən 9-dək Qubadakı Türk Liseyində keçirilən layihədə 60-70 uşaq iştirak edir. Layihənin məqsədi uşaqların insan hüquqları sahəsində biliklərini artırmaqdır. Uşaqlara Milli QHT Forumunun təlimçiləri Fərasət Qurbanov, Qalib Nəbiyev və Eynulla Xeyrullayev təlim keçəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR