Bank Of Baku

Bu ilin ilk yarımilliyində Naxçıvan Muxtar Respublikasında 508 sərxoş sürücü saxlanılıb

Bu ilin ilk yarımilliyində Naxçıvan Muxtar Respublikasında 508 sərxoş sürücü saxlanılıb
# 06 avqust 2007 11:06 (UTC +04:00)
Yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 508 sərxoş sürücü saxlanılıb. Naxçıvan MR Dövlət Yol Polisi İdarəsindən (DYPİ) APA-nın Naxçıvan bürosuna verilən məlumata görə, məsuliyyətə cəlb edilmələr daha çox - 1982 halda təhlükəsizlik kəmərindən istifadə edilməməsi ilə bağlı olub. İlk altı ayda Naxçıvan MR-də sürücülərdən 132-si sürücülük vəsiqəsi olmaması səbəbindən, 19-u qırmızı işıqda keçməyə görə, 21 nəfər polisin tələbinə tabe olmadığına, 3 nəfər dövlət nömrə nişansız hərəkətə, 30 nəfər isə vəkalətsiz idarəetməyə görə inzibati qaydada məsuliyyətə cəlb edilib. Rəngli şüşədən (pərdə, plyonka) istifadə hallarına görə isə pozuntu qeydə alınmayıb.
Yanvar-iyun aylarında Naxçıvan MR-də baş verən yol-nəqliyyat hadisələri zamanı 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Naxçıvan MR DYPİ-dən ilk altı ay ərzində 4 hadisənin baş verdiyi, ötən ilin müvafiq dövrü ilə müqayisədə istər hadisələrin, istərsə də ölüm faktlarının azaldığı bildirilir. Belə ki, 2006-cı ilik müvafiq dövrü ərzində baş vermiş 7 yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb, 5 nəfər yaralanıb. Əlavə edək ki, Naxçıvan MR üzrə qeydiyyatda 19500 avtomaşın var. İlk yarımildə onların 9958-i (51,1%) texniki baxışdan keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR