Bank Of Baku

ANAMA iyul ayında 1 364 520 kvadratmetr ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib

ANAMA iyul ayında 1 364 520 kvadratmetr ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib
# 06 avqust 2007 11:38 (UTC +04:00)
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən cari ilin iyul ayı ərzində 1 364 520 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Nəticədə 5441 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. Bu barədə APA-ya ANAMA-nın mətbuat xidmətindən məlumat verilib. Təmizləmə əməliyyatlarına 339 nəfər cəlb olunub. Əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edir. Ümumilikdə indiyədək 53 818 309 kv.m. ərazi təmizlənib, nəticədə 274 827 mina və PHS zərərsizləşdirilib. İyul ayı ərzində mina/PHS partlayışı ilə bağlı bir hadisə qeydə alınıb.
Ötən ay Ağstafa rayonunda aviasiya bombalarının zərərsizləşdirilməsi işi başa çatdırılıb. Belə ki, Ağstafa rayon Polis Şöbəsi tərəfindən rayonun Yenigün kənd sakini Hüseynov Şahin Abduləli oğlunun həyətində 18 ədəd FAB 50 aviasiya bombasının olması barədə ANAMA-ya daxil olan müraciət əsasında həmin əraziyə baxış keçirilib və orada ümumilikdə 33 aviabombanın olduğu aşkarlanıb. İyulun 31-də agentlik tərəfindən həmin ərazidə təmizləmə əməliyyatları aparılıb və bütün sursatlar Saloğludakı məhvetmə sahəsinə daşınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR