Bank Of Baku

“Wheelchair Foundation” beynəlxalq təşkilatının göndərdiyi əlil arabaları cənub rayonlarında minadan zərər çəkmiş şəxslərə paylanacaq

“Wheelchair Foundation” beynəlxalq təşkilatının göndərdiyi əlil arabaları cənub rayonlarında minadan zərər çəkmiş şəxslərə paylanacaq
# 06 avqust 2007 11:38 (UTC +04:00)
“Wheelchair Foundation” beynəlxalq təşkilatının göndərdiyi əlil arabaları Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Cəlilabad şəhərində cənub rayonlarında minadan zərər çəkmiş şəxslərə paylanacaq. Bu barədə APA-ya ANAMA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunur ki, iyulun 11-də keçirilmiş ilk mərasimdən sonra əlil arabası almaq üçün agentliyə müraciətlər daxil olmaqdadır. Müraciət edənlər arasında 2004-cü ildə aparılmış tədqiqatlar zamanı buna ehtiyacı olmadığını bildirənlər və ya sorğusu alınmamış şəxslər də var. ANAMA-ya gətirilmiş arabalar ehtiyacı olan, lakin almağa imkanı olmayan mina əlillərinə veriləcək. Bu, 2000-ci ilin iyunundan fəaliyyət göstərən “Wheelchair Foundation” təşkilatının əsas şərtidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR