Bank Of Baku

Azərbaycanda ilk dəfə Beynəlxalq Gənclər Günü qeyd ediləcək

Azərbaycanda ilk dəfə Beynəlxalq Gənclər Günü qeyd ediləcək
# 06 avqust 2007 16:26 (UTC +04:00)
Bu il Azərbaycanda ilk dəfə olaraq, 12 avqust Beynəlxalq Gənclər Günü qeyd ediləcək. BMT-nin İctimai İnformasiya Departamentindən APA-ya verilən məlumata görə, bu münasibətlə bir necə tədbirin keçirilməsi planlaşdırılır. Avqustun 9-da Atatürk Mərkəzində “Azərbaycanın inkişafı naminə gənclər hərəkatı bu gün və sabah” mövzusunda müzakirələr keçiriləcək. Dəyirmi masada hökumət və BMT agentliklərinin yüksək səviyyəli təmsilçiləri, gənclər təşkilatlarının fəal nümayəndələri iştirak edəcəkl. Avqustun 11-də uşaq və azyaşlı uşaqlarla bağlı layihələri həyata keçiriən bir qrup üçün seminar keçiriləcək.
BMT-dən o da əlavə edilib ki, bu il Beynəlxalq Gənclər Gününün mövzusu “Özünüzü göstərin, səsinizi duyurdun: İnkişaf naminə gənclərin iştirakı”dır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR