Bank Of Baku

Naxçıvan şəhərində əmək yarmarkası keçirilib

Naxçıvan şəhərində əmək yarmarkası keçirilib
# 07 avqust 2007 09:13 (UTC +04:00)
Naxçıvan şəhərində əmək yarmarkası keçirilir. APA-nın Naxçıvan bürosunun məlumatına görə, yarmarkaya 73 müəssisədən 577 boş iş yeri çıxarılıb. Boş iş yerlərini təqdim edən müəssisələrdən 44-ü dövlət, 29-u özəldir. Naxçıvan şəhər Məşğulluq Mərkəzinin direktoru Zeynal Mehbalıyev budəfəki yarmarkanın daha mütəşəkkil olduğunu bildirib. Onun sözlərinə görə, bu yarmarkada iş yerlərinin açılması hesabına boş iş yerlərinin sayında əhəmiyyətli artım olub ki, bu da vətəndaşların seçim imkanını artırır. Təqdim olunan iş yerlərinin məvacib məsələsinə gəlincə, ixtisasa müvafiq olaraq maaş 50-360 manat məbləğində dəyişir. Əmək yarmarkası günün sonuna qədər davam edəcək. Qeyd edək ki, bu, cari ildə Naxçıvan şəhərində keçirilən ikinci yarmarkadır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR