Bank Of Baku

Yanvar-iyun aylarında Naxçıvana 537 xarici markalı yeni avtomobil gətirilib

Yanvar-iyun aylarında Naxçıvana 537 xarici markalı yeni avtomobil gətirilib
# 07 avqust 2007 10:57 (UTC +04:00)
Yanvar-iyun aylarında Naxçıvana 537 xarici markalı yeni avtomobil gətirilib. Bu barədə APA-ya Naxçıvan MR Dövlət Statistika Komitəsindən məlumat verilib. Bu dövr ərzində 324 fərdi ev və mənzilin alqı-satqı prosesi reallaşıb. Komitədən istər alqı-satqı prosesinin, istərsə də MR-ə gətirilən maşınların sayına görə ötən illə müqayisədə artım olduğu və buna səbəb kimi əhalinin gəlirlərinin artdığı göstərilir. 2007-ci ilin birinci yarımilliyində əhalinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,7% artaraq 216 mln. 882 min manat olub. Adambaşına düşən gəlirlər isə 41,2% artaraq 569,4 manat təşkil edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR