Bank Of Baku

Sumqayıtda Nizami meydanı yaradılıb

Sumqayıtda Nizami meydanı yaradılıb
# 08 avqust 2007 08:51 (UTC +04:00)
Sumqayıtın mərkəzində Nizami Gəncəvinin adını daşıyan yeni meydan salınıb. Şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, meydan Nizami küçəsinin başlanğıcında, əvvəllər antisanitar şəraitin hökm sürdüyü ərazidə yaradılıb. Nizami meydanının inşasına bu ilin əvvəlində başlanıb. Meydanın uzunluğu 188 metr, ümumi sahəsi 6300 kv. metrdir. Bu ərazi əvvəllər əsasən qanunsuz küçə ticarəti aparılan yer olub. Meydanın mərkəzində Nizami Gəncəvinin abidəsi ucaldılıb. 3,9 metr hündürlüyə malik tunc heykəlin müəllifi tanınmış heykəltəraş İsa Məmmədxanovdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR