Bank Of Baku

Bakıda güclü yanğın baş verib

Bakıda güclü yanğın baş verib
# 08 avqust 2007 14:01 (UTC +04:00)
Zəkiyyə Elyazovaya məxsus mənzildə baş vermiş yanğın nəticəsində evin bütün yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yanğının qarşısının vaxtında alındığından qonşu mənzillərə ziyan dəyməyib. Ev sahibinin APA-ya bildirdiyinə görə, səhər saatlarında qızını Türkiyəyə yola salmaq üçün aeroporta gedib. Saat 08.00 radələrində evinə qayıdıb. Evdə iki gəlini, qızı və nəvələri olub: “Özümü pis hiss etdiyim üçün yatdım. Aradan bir müddət keçəndən gəlinlərimin qışqırığına oyandım. Baxdım ki, evi alov, tüstü bürüyüb. Heç bilmədik ki, yanğın necə başladı”. Qeyd edək ki, hələlik hadisənin səbəbi məlum deyil. İlkin ehtimallara görə, yanğına elektrik naqillərində baş vermiş qısaqapanma səbəb olub. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR