Bank Of Baku

Dünya Gənclərinin 25-ci qurultayının təşkili üçün Gənclər və İdman Nazirliyi 23660 manat maliyyə vəsaiti ayırıb

Dünya Gənclərinin 25-ci qurultayının təşkili üçün Gənclər və İdman Nazirliyi 23660 manat maliyyə vəsaiti ayırıb
# 08 avqust 2007 12:11 (UTC +04:00)
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi 2004-cü ildən Mübadilə və Anlaşma Şəbəkəsində müşahidəçi qismində iştirak edir, 2005-ci ildən isə şəbəkədə tamhüquqlu üzv statusu alıb. Qafqaz ölkələri içərisində yeganə təşkilatdır ki, bu şəbəkənin tamhüquqlu üzvüdür”. Bu açıqlamanı APA-nın qərb bürosuna Dünya Gənclərinin 25-ci qurultayının təşkilatçısı, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Müşfiq Cəfərov verib. O, belə bir qurultayın Azərbaycanda keçirilməsini əhəmiyyətli hadisə adlandırıb: “Biz 2005-ci ildə müraciət edərək Dünya Gənclərinin Qurultayının Azərbaycanda keçirilməsi təşəbbüsü ilə çıxış etdik. Lakin şəbəkə rəhbərliyi 2006-cı ildə qurultayı Yunanıstanda keçirməyi qərara aldı. Ötən il biz qurultayın 2007-ci ildə Azərbaycanda keçirilməsi üçün yenidən müraciət etdik. Qurultaya ev sahibliyi etmək üçün bizimlə yanaşı? 5 ölkə müraciət etmişdi. Lakin Gənclərin Mübadilə və Anlaşma Şəbəkəsi 2007-ci ildə Dünya Gənclərinin 25-ci Qurultayını Azərbaycanda keçirilməsinə qərar verdi”.
M. Cəfərov qurultaya ev sahibliyi etməyin əsas şərtlərindən birinin yerli təşkilatın təşkilati və maliyyə işlərini öz üzərinə götürməli olduğunu deyib: “Biz Dünya Gənclərinin 25-ci Qurultayının Azərbaycanda keçirilməsinə maliyyə dəstəyi verilməsi üçün Gənclər və İdman Nazirliyinə müraciət etdik. Nazirlik bizim təşəbbüsü dəstəklədi və maliyyə işlərinin əsas hissəsini öz üzərinə götürdü. Nazirlik ümumilikdə bu tədbirin təşkilinə 23660 manat vəsait ayırıb. Maliyyə yardımının 10 min avro dəyərində digər qismini isə Avropa Gənclər Fondu öz üzrinə götürüb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR