Bank Of Baku

Gənclər Günü ilə bağlı keçirilən tədbirdə məmurlar qalstuklarından imtina ediblər

Gənclər Günü ilə bağlı keçirilən tədbirdə məmurlar qalstuklarından imtina ediblər
# 09 avqust 2007 16:06 (UTC +04:00)
APA-nın məlumatına görə, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycanda nümayəndəsi Envera Selimoviç səmimiliyin qorunması üçün tədbirə dəvət olunan rəsmiləri gənclərlə qalstuksuz söhbət etməyə dəvət edib. Bu təklifdən sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Vahab Məmmədov və digərləri qalstuklarını çıxararaq səmimi söhbətə hazır olduqlarını bildirsələr də, təhsil nazirinin müavini Elmar Qasımov qalstukundan imtina etməyib. Daha sonra tədbiri giriş sözü ilə açan E. Selimoviç deyib ki, ölkənin inkişafında mühüm rol oynayan gənclər üçün Beynəlxalq Gənclər Günü “Özünüzü göstərin, səsinizi duyurun: İnkişaf naminə gənclərin iştirakı” mövzusunda keçirilir.
Azərbaycan əhalisinin 67%-nin 35 yaşadək olan gənclər olduğunu xatırladan “İrəli” Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçisi Ceyhun Osmanlı təklif edib ki, bu yaşda olan insanların məşğulluq problemini həll etmək üçün yardım proqramları hazırlanmalı, qaçqın və məcburi köçkün gəncləri arasında həyata keçirilən proqramların sayı çoxaldılmalıdır. O, gənclər təşkilatlarının fəaliyyətindən də narazı qaldığını söyləyib. Onun sözlərinə görə, respublikada 170-ə yaxın gənclər təşkilatı olsa da, onların hamısının fəaliyyəti qənaətbəxş hesab edilmir. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR